Fransa məhkəməsi cümə günü mərakeşli futbolçu Əşrəf Hakimi nin təcavüzə görə mühakimə olunacağını təsdiqləyib. Paris Saint-Germain (PSG) klubunda oynayan 27 yaşlı futbolçu məhkəməni "səbirsizliklə gözlədiyini" bildirib. X -dəki paylaşımında Hakimi ittihamları rədd edərək, məhkəmənin nəhayət ona "danışmağa" imkan verəcəyini söyləyib. 2023-cü ilin fevralında, o zaman 24 yaşında olan bir qadın Paris in cənub-şərqindəki Val-De-Marne bölgəsində polisə Hakimi nin ona təcavüz etdiyini bildirib.