Dünyada ən uzun fasiləsiz sərnişin reysi istifadəyə verilir Nəqliyyat 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avstraliyanın “Qantas” aviaşirkəti çoxdan gözlənilən “Project Sunrise” layihəsi çərçivəsində Sidney – London marşrutunu reallaşdırır. Banker.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, dünyanın ən uzun məsafəli fasiləsiz sərnişin reysinin istifadəyə verilməsi 2027-ci ilin oktyabr ayına planlaşdırılır. Məlumata görə 16 min kilometrdən çox uçuş məsafəsi olan bu reys ilk dəfə iki şəhəri bir dəfə də olsun eniş etmədən birləşdirəcək. Sidney və London arasında uçuşun müddəti 19 saatdan 22 saata qədər olacaq. Bundan əlavə “Project Sunrise” layihəsi çərçivəsində Sidney – London reysindən sonra növbəti marşrut kimi Sidney – Nyu-York reysi artıq təsdiqlənib. Bu reyslərin istifadəyə verilmə tarixləri gələn il elan ediləcək. “Qantas” aviaşirkəti Sidney – London marşrutu üzrə xidmət göstərəcək xüsusi olaraq təkmilləşdirilmiş ilk “Airbus A350-1000ULR” təyyarəsini artıq təqdim edib. Qeyd edək ki, hazırda ən uzun müntəzəm fasiləsiz sərnişin reysi “Singapore Airlines”ın Sinqapur və Nyu-York arasında uçuşudur: təyyarə 15 349 kilometri 19 saatdan az müddətə qət edir. Son xəbərlər Ölkə daxili Bu şəxslərin vərəsələrinə müavinət veriləcək 19/06/2026 İnvestisiya “SpaceX” 20 mlrd. dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır 19/06/2026 Yerli biznes xəbərləri “Göyçay Şərab”ın gəlirləri və mənfəəti kəskin azalıb 19/06/2026 Nəqliyyat Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib 19/06/2026 Digər xəbərlər Ölkə daxili Bu şəxslərin vərəsələrinə müavinət veriləcək 19/06/2026 İnvestisiya “SpaceX” 20 mlrd. dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır 19/06/2026 Yerli biznes xəbərləri “Göyçay Şərab”ın gəlirləri və mənfəəti kəskin azalıb 19/06/2026 Nəqliyyat Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib 19/06/2026