“SpaceX” 20 mlrd. dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır İnvestisiya 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bloomberg”, “Reuters” və “Financial Times” mənbələrə istinadən yazır ki, “SpaceX” 20 milyard dollar həcmində istiqraz yerləşdirməyi planlaşdırır. Məlumata görə, şirkət vəsait cəlbinə 22 iyun 2026-cı il həftəsində başlaya bilər. İlkin şərtlərə əsasən, istiqrazların ödəmə müddəti 10 il təşkil edəcək. Onların illik gəlirliliyinin ABŞ dövlət xəzinədarlıq istiqrazlarının gəlirliliyindən 1,35–1,5 faiz bəndi yüksək olacağı gözlənilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cəlb ediləcək vəsaitin əsas hissəsi “SpaceX”in 2026-cı ilin əvvəlində “xAI” və “X” sosial şəbəkəsini almaq üçün götürdüyü kreditin yenidən maliyyələşdirilməsinə yönəldiləcək. İyunun 11-də “SpaceX” “Nasdaq Global Select Market” və “Nasdaq Texas” birjalarında hər biri 135 dollar qiymətində 555,6 milyon səhm yerləşdirərək 75 milyard dollar cəlb edib. SPCX tikeri altında ticarətə iyunun 12-də başlanılıb və səhmlər ilk gün 150 dollar səviyyəsində açılıb. Şirkət iyunun 15-də əlavə yerləşdirmə hesabına IPO zamanı cəlb etdiyi vəsaitin həcmini 85,7 milyard dollara çatdırdığını açıqlayıb. İyunun 16-da isə SpaceX 60 milyard dollar dəyərində süni intellekt xidməti “Cursor”u satın aldığını elan edib. Son xəbərlər Nəqliyyat Dünyada ən uzun fasiləsiz sərnişin reysi istifadəyə verilir 19/06/2026 Ölkə daxili Bu şəxslərin vərəsələrinə müavinət veriləcək 19/06/2026 Yerli biznes xəbərləri “Göyçay Şərab”ın gəlirləri və mənfəəti kəskin azalıb 19/06/2026 Nəqliyyat Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib 19/06/2026 Digər xəbərlər Nəqliyyat Dünyada ən uzun fasiləsiz sərnişin reysi istifadəyə verilir 19/06/2026 Ölkə daxili Bu şəxslərin vərəsələrinə müavinət veriləcək 19/06/2026 Yerli biznes xəbərləri “Göyçay Şərab”ın gəlirləri və mənfəəti kəskin azalıb 19/06/2026 Nəqliyyat Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib 19/06/2026