Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb. Bu barədə “Qafqazinfo”ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. • Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi • Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi • Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Bürünc medal qazanan şagirdlər: • Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi • Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi • Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.