Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq Təhsil 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir. Hazırda dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq olunur. Bu xüsusda, “Ümumi təhsil haqqında” qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsilalanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Son xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT Bakıdakı yaşayış evini 750 min manata satır 19/06/2026 Ölkə xarici The Economist: ABŞ və Ukrayna münaqişənin iki mərhələli nizamlanma planını müzakirə edir 19/06/2026 Bank xəbərləri Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb 19/06/2026 Ölkə daxili Azərbaycanda bu şəxslərin maaşları artırıldı – Fərman 19/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Aqrarkredit” BOKT Bakıdakı yaşayış evini 750 min manata satır 19/06/2026 Ölkə xarici The Economist: ABŞ və Ukrayna münaqişənin iki mərhələli nizamlanma planını müzakirə edir 19/06/2026 Bank xəbərləri Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb 19/06/2026 Ölkə daxili Azərbaycanda bu şəxslərin maaşları artırıldı – Fərman 19/06/2026