“Qafqazinfo” xəbər verir ki, bu gün saat 9 radələrində Zaqatala rayonunun Qımır kəndi ərazisində 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmkəndlisi 58 yaşlı Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.