7 rayonda 20 torpaq sahəsi satışa çıxarılır — Şərtlər və qiymətlər Daşınmaz əmlak 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 22 iyul 2026-cı il tarixində saat 15:00-da torpaq müsabiqə və hərracları keçirəcək. Banker.az rəsmi elana istinadən xəbər verir ki, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Zərdab, Xaçmaz və Ağcabədi bələdiyyələrinə məxsus ümumilikdə 20 torpaq sahəsi satışa və ya icarəyə çıxarılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hərraca çıxarılan ərazilər fərdi yaşayış evi, sahibkarlıq və kənd təsərrüfatı təyinatı daşıyır. Ərizələrin qəbulu 22 iyun – 20 iyul 2026-cı il tarixlərində aparılacaq. Hərrac siyahısındakı bütün torpaqlar və qiymətləri: Şirvan şəhəri: Sahibkarlıq məqsədilə satılan 100 kv.m torpaq sahəsinin ilkin qiyməti 4 000 manat müəyyən edilib. Sabirabad (Ulacalı bələdiyyəsi): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 7.65 ha əkin torpağının bir illik icarə haqqı 1 530 manatdır. Sabirabad (Moranlı bələdiyyəsi): Heyvandarlıq üçün 15 illik icarəyə verilən 14.67 ha örüş torpağının bir illik icarə haqqı 1 628 manatdır. Sabirabad (Qaragüney bələdiyyəsi): Sahibkarlıq məqsədilə satılan 1200 kv.m torpaq sahəsinin ilkin qiyməti 36 000 manatdır. Sabirabad (Nizami bələdiyyəsi): Heyvandarlıq üçün 15 illik icarəyə verilən 7.09 ha örüş torpağının bir illik icarə haqqı 1 064 manatdır. Salyan (Qaraçala bələdiyyəsi): Heyvandarlıq üçün 15 illik icarəyə verilən 19 ha örüş torpağının bir illik icarə haqqı 2 185 manatdır. Lənkəran (Şağlaser bələdiyyəsi, 1-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 1.4 ha əkin torpağının bir illik icarə haqqı 700 manatdır. Lənkəran (Şağlaser bələdiyyəsi, 2-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 1.2 ha əkin torpağının bir illik icarə haqqı 600 manatdır. Lənkəran (Şağlaser bələdiyyəsi, 3-cü sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 4000 kv.m əkin torpağının bir illik icarə haqqı 200 manatdır. Lənkəran (Göyşaban bələdiyyəsi): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 4000 kv.m əkin torpağının bir illik icarə haqqı 270 manatdır. Zərdab (Gəlmə bələdiyyəsi, 1-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 4 ha əkin torpağının bir illik icarə haqqı 640 manatdır. Zərdab (Gəlmə bələdiyyəsi, 2-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən digər 4 ha əkin torpağının bir illik icarə haqqı 640 manatdır. Xaçmaz (İstisu bələdiyyəsi): Fərdi yaşayış evi tikintisi üçün satılan 322 kv.m torpaq sahəsinin ilkin qiyməti 6 440 manatdır. Ağcabədi (Yuxarı Qiyaməddinli bələdiyyəsi, 1-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 1.6 ha əkin torpağının bir illik icarə haqqı 320 manatdır. Ağcabədi (Yuxarı Qiyaməddinli bələdiyyəsi, 2-ci sahə): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 2 ha əkin torpağının bir illik icarə haqqı 400 manatdır. Ağcabədi (Yuxarı Qiyaməddinli bələdiyyəsi, 3-cü sahə): Heyvandarlıq üçün 15 illik icarəyə verilən 2 ha örüş torpağının bir illik icarə haqqı 220 manatdır. Ağcabədi (Boyat bələdiyyəsi, Qaraxanlı kəndi): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 1.15 ha çoxillik əkmələr torpağının bir illik icarə haqqı 230 manatdır. Ağcabədi (Boyat bələdiyyəsi, Boyat kəndi): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 1.5 ha əkin torpağının bir illik icarə haqqı 405 manatdır. Ağcabədi (Sarıcalı bələdiyyəsi): Kənd təsərrüfatı üçün 15 illik icarəyə verilən 7.4 ha əkin torpağının bir illik icarə haqqı 1 628 manatdır. Ağcabədi (Hüsülü bələdiyyəsi): Sahibkarlıq məqsədilə satılan 200 kv.m torpaq sahəsinin ilkin qiyməti 6 140 manat müəyyən edilib. Taglartorpaq Son xəbərlər Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 İnvestisiya İnvestorlar bir həftə ərzində ABŞ səhmlərinə rekord 119 milyard dollar yatırıblar 19/06/2026 Əsas məlumatlar Çin niyə iri nüvə reaktorlarına üstünlük verir? 19/06/2026 Digər xəbərlər Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 İnvestisiya İnvestorlar bir həftə ərzində ABŞ səhmlərinə rekord 119 milyard dollar yatırıblar 19/06/2026 Əsas məlumatlar Çin niyə iri nüvə reaktorlarına üstünlük verir? 19/06/2026