PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı Bank xəbərləri 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 19 iyun 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə Bakı Fond Birjasında yerləşdirilməsi yerli kapital bazarlarında tarixi rekord nəticənin əldə olunması ilə uğurla tamamlanmışdır. 13 aprel -12 iyun 2026-cı il tarixlərini əhatə edən abunə yazılışı dövründə ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor tərəfindən 20 000-dən çox sifariş yerləşdirilmişdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yüksək investor marağı nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiya üzrə ümumilikdə təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınmışdır. Bu göstərici təklif olunan emissiya həcminin 129%-i səviyyəsində tələbin formalaşdığını göstərir. Ümumi sifarişlərin 99,9%-i fiziki şəxslərin payına düşür. Qeyd edək ki, fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub. PAŞA Bank səhmlərinin yerləşdirilməsinin yekun nəticələri, investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat gələn həftə ictimaiyyətə təqdim olunacaq. PAŞA Kapital-ın əsas anderrayterliyi ilə həyata keçirilən IPO layihəsində ABB-İnvest və Unicapital investisiya şirkətləri də anderrayter qismində iştirak edib. PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür. TaglarPAŞA Bank Son xəbərlər Daşınmaz əmlak 7 rayonda 20 torpaq sahəsi satışa çıxarılır — Şərtlər və qiymətlər 19/06/2026 Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026 İnvestisiya İnvestorlar bir həftə ərzində ABŞ səhmlərinə rekord 119 milyard dollar yatırıblar 19/06/2026 Əsas məlumatlar Çin niyə iri nüvə reaktorlarına üstünlük verir? 19/06/2026 Digər xəbərlər Daşınmaz əmlak 7 rayonda 20 torpaq sahəsi satışa çıxarılır — Şərtlər və qiymətlər 19/06/2026 Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026 İnvestisiya İnvestorlar bir həftə ərzində ABŞ səhmlərinə rekord 119 milyard dollar yatırıblar 19/06/2026 Əsas məlumatlar Çin niyə iri nüvə reaktorlarına üstünlük verir? 19/06/2026