Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib Bank xəbərləri 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin nəticələrinə əsasən, Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova AmCham Azərbaycan-ın yeni İdarə Heyətinin üzvü seçilib. Bankçılıq və maliyyə sahəsində 20 ildən artıq zəngin təcrübəyə malik olan Günay Cəlilova hazırda Yelo Bank-da Pərakəndə bankçılıq, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi və Avtomatizasiya istiqamətlərinə rəhbərlik edir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və kredit” ixtisası üzrə magistr və Böyük Britaniyanın “Warwick” Biznes Məktəbinin “Executive MBA” dərəcələrinə sahibdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Günay Cəlilova buna qədər 2022-ci ildən Palatanın Bank, Maliyyə və Sığorta Komitəsinin rəhbər müavini, 2024-cü ildən isə müvafiq komitənin rəhbəri kimi ölkəmizin maliyyə sektorunun inkişafına və üzvlərin maraqlarının müdafiəsinə töhfə verən mühüm layihələr həyata keçirib. 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 280-dan çox şirkəti birləşdirən və ölkədə biznes mühitinin gücləndirilməsinə töhfə verən aparıcı biznes assosiasiyasıdır. Son xəbərlər Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026 Daşınmaz əmlak 7 rayonda 20 torpaq sahəsi satışa çıxarılır — Şərtlər və qiymətlər 19/06/2026 Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026 Digər xəbərlər Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026 Daşınmaz əmlak 7 rayonda 20 torpaq sahəsi satışa çıxarılır — Şərtlər və qiymətlər 19/06/2026 Ölkə xarici FT: İran gəmiləri Malayziyadan Fars körfəzinə qayıdır 19/06/2026