İran İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazını bağlayıb Ölkə xarici 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın İslam İnqilabı Keşikçiləri Korpusu radiorabitə vasitəsilə bütün gəmilərə Hörmüz boğazına yaxınlaşmamaq barədə göstəriş verib. Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, dəniz dəhlizi ərazisində atəş səsləri eşidilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu addım İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Livanda fəaliyyət göstərən şiə hərəkatı Hizbullaha qarşı həyata keçirdiyi hücumlara cavab olaraq atılıb. İyunun 19-na keçən gecə SAXAL Livanın cənubundakı bir neçə rayonda infrastruktur obyektlərinə zərbələr endirib. İsrail hakimiyyəti Hizbullahı atəşkəs rejimini pozmaqda ittiham edib. Bundan əvvəl, iyunun 19-da İranın Fars Körfəzinə Nəzarət İdarəsi (PGSA) əvvəlcədən müraciət etmiş gəmilər üçün Hörmüz boğazının açıldığını elan etmişdi. Boğazdan sərbəst keçid İran və ABŞ arasında iyunun 18-də imzalanmış qarşılıqlı anlaşma memorandumunun əsas bəndlərindən biri hesab olunur. Son xəbərlər Süni İntellekt (Aİ) “The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb 19/06/2026 Bank xəbərləri Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026 Digər xəbərlər Süni İntellekt (Aİ) “The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb 19/06/2026 Bank xəbərləri Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026