“The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb Süni İntellekt (Aİ)Texnologiya xəbərləri 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin qlobal təsirinin zəiflədiyi barədə müzakirələrin davam etdiyi bir vaxtda, ölkə administrasiyası dünyaya özünün yeni və güclü təsir rıçağını nümayiş etdirib. Banker.az xəbər verir ki, bu barədə iqtisadyönümlü dərgi “The Economist” yazır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Anthropic” şirkətinin ən qabaqcıl süni intellekt modellərinə xarici çıxışın məhdudlaşdırılması ilə bağlı qərar göstərib ki, Ağ Ev bir anda planetin ən vacib texnologiyalarına kimin çıxış əldə edəcəyinə təsir göstərə bilər. Dərgi yazır ki, süni intellekt üzərində nəzarət ABŞ-nin tarixdə nüvə texnologiyaları, kriptoqrafiya və ya F-22 qırıcıları üzərində üstünlüyünü qorumaq cəhdlərini xatırladır. Lakin süni intellekt fərqli xüsusiyyətlərə malikdir. Bu texnologiyanı tam nəzarətdə saxlamaq daha çətindir və əldə olunan üstünlüklər zamanla digər ölkələr tərəfindən təkrarlana və yayıla bilər. Nəticədə “iyerarxik çıxış” modeli formalaşır. Ən güclü süni intellekt sistemləri ABŞ-nin nəzarətində qalır, daha məhdud versiyalar müttəfiqlərə təqdim olunur, ən zəif versiyalar isə digər ölkələr üçün əlçatan olur. Bu isə qlobal miqyasda ABŞ-nin süni intellekt infrastrukturundan asılılığı artırmaqla yanaşı, digər ölkələri də öz hesablama güclərini və texnoloji ekosistemlərini inkişaf etdirməyə sövq edir. Taglarsüni intellekt Son xəbərlər Ölkə xarici İran İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazını bağlayıb 19/06/2026 Bank xəbərləri Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026 Digər xəbərlər Ölkə xarici İran İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazını bağlayıb 19/06/2026 Bank xəbərləri Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib 19/06/2026 Bank xəbərləri PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı 19/06/2026 Ölkə daxili Bu gecə Bakının iki rayonunda işıq olmayacaq 19/06/2026