Azərbaycanın karbamid ixracı yarıdan çox azalıb, lakin qiymətlər bu il 28% bahadır Ümumi iqtisadi xəbərlər 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Qlobal bazarda qiymətlərin yüksəlməsi Azərbaycanın karbamid ixrac gəlirlərindəki azalmanı qismən yumşaldıb. Banker.az xəbər verir ki, bu ilin ilk 4 ayında ölkədən karbamid ixracının həcmi yarıdan çox azalsa da, Yaxın Şərqdəki geosiyasi gərginliyin yaratdığı qiymət artımı nəticəsində ixracın orta satış qiyməti yüksəlib və gəlirlərdəki azalma həcmdəki geriləmədən daha məhdud olub. 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 92.07 min ton azot gübrələri (karbamid) ixrac olunub. İxracın dəyəri 34.59 mln. dollar təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycandan 215.67 min ton məhsul ixrac edilmiş və bunun dəyəri 63.53 mln. dollar olmuşdu. Beləliklə, karbamid ixracının həcmi illik müqayisədə 57.3%, ixrac gəlirləri isə 45.6% azalıb. Hesablamalara əsasən, 2026-cı ilin ilk 4 ayında ixrac olunan karbamidin orta qiyməti hər ton üçün 375.66 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 294.56 dollar olub. Nəticədə orta ixrac qiyməti illik müqayisədə 27.5% yüksəlib. Qiymət artımı əsasən ABŞ-İsrail və İranla bağlı hərbi gərginliyin və Hörmüz boğazında yaranan logistika risklərinin qlobal gübrə bazarında yaratdığı bahalaşma ilə əlaqələndirilir. Müharibənin ilk mərhələsində Hörmüz boğazı ilə daşımaların məhdudlaşması və Yaxın Şərqdən ixrac risklərinin artması nəticəsində azot gübrələrinin qiymətləri kəskin yüksəlib. Bəzi bazar qiymətləndirmələrinə görə, karbamid qiymətləri müharibənin başlanmasından sonra 50-60% artıb. Bunun əsas səbəbi Yaxın Şərqin dünya karbamid ixracının təxminən 35-40%-ni təmin etməsidir. Cari ilin ilk 4 ayında Azərbaycan karbamidinin əsas alıcısı Ukrayna olub. Bu ölkəyə 76.77 min ton məhsul ixrac edilib ki, bu da ümumi ixracın təxminən 83%-nə bərabərdir. Rumıniyaya 10.57 min ton, Türkiyəyə 1.69 min ton, İsrailə 1.50 min ton, Yunanıstana isə 1.02 min ton məhsul göndərilib. Son xəbərlər İnvestisiya Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 19/06/2026 Turizm Azərbaycanda bu park yenidən qurulacaq 19/06/2026 Ölkə xarici İran İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazını bağlayıb 19/06/2026 Süni İntellekt (Aİ) “The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb 19/06/2026 Digər xəbərlər İnvestisiya Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 19/06/2026 Turizm Azərbaycanda bu park yenidən qurulacaq 19/06/2026 Ölkə xarici İran İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazını bağlayıb 19/06/2026 Süni İntellekt (Aİ) “The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb 19/06/2026