Bu istiqamətdə marşrut fəaliyyətə başlayır Nəqliyyat 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir. Bu barədə AYNA məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, iyunun 22-dən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni metronun “Sahil” stansiyası ilə əlaqələndirəcək. Marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib. 149E nömrəli ekspres marşrutu üzrə “Sahil” metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi dayanacaq məntəqələri kimi təyin edilib. MənbəQAFQAZİNFO TaglarAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)NeoplanSahil qəsəbəsi Son xəbərlər Karyera Şahin Bağırov idarə rəisini işdən çıxardı 19/06/2026 Digər xəbərlər Azərbaycana gələn əcnəbilərin sayı 11% azalıb 19/06/2026 Nəqliyyat ADY-nin Tbilisidən Bakıya qatarları üçün qayıdış biletlərinin olmadığı bildirilir 19/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanın karbamid ixracı yarıdan çox azalıb, lakin qiymətlər bu il 28% bahadır 19/06/2026 Digər xəbərlər Karyera Şahin Bağırov idarə rəisini işdən çıxardı 19/06/2026 Digər xəbərlər Azərbaycana gələn əcnəbilərin sayı 11% azalıb 19/06/2026 Nəqliyyat ADY-nin Tbilisidən Bakıya qatarları üçün qayıdış biletlərinin olmadığı bildirilir 19/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanın karbamid ixracı yarıdan çox azalıb, lakin qiymətlər bu il 28% bahadır 19/06/2026