Azərbaycan-Ermənistan sərhədində zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtda 19:17-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 6 km olub.