Kiçikölçülü mənzillərə yüksək məbləğdə kompensasiya verilə bilər Daşınmaz əmlak 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Plana düşən binalarda ən çox çətinliklə üzləşənlərdən biri kiçik mənzil sahibləridir. Bakıda, xüsusilə mərkəzi ərazilərdə sahəsi 20-30 kvadratmetr olan köhnə mənzillər az deyil.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu binalar yenidənqurma və söküntü prosesinə düşəndə sakinlərə kompensasiya adətən mənzilin kvadratına uyğun hesablanır. İlk baxışdan bu yanaşma hamı üçün eyni görünür. Amma reallıqda kiçik mənzil sahibi aldığı vəsaitlə həmin ərazidə və ya yaxınlıqda yeni ev almaqda çətinlik çəkir. Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputat Vüqar Bayramov bildirib ki, sahəsi kiçik olan evlərin sahibləri kompensasiya aldıqdan sonra yeni mənzil almaqda ciddi çətinlik yaşayırlar. Xüsusən də paytaxtın mərkəzi hissələrində mənzil qiymətlərinin yüksək olması bu problemi daha da aktuallaşdırır. Başqa sözlə, eyni kvadratmetr qiyməti bütün sakinlərə tətbiq olunsa da, nəticə hər kəs üçün bir olmur. Böyük sahəli mənzilin sahibi kompensasiya hesabına əlavə imkan əldə edə bildiyi halda, 20-30 kvadratmetrlik mənzilin sahibi çox vaxt ya şəhərin daha kənar hissəsinə köçməli olur, ya da kirayə bazarına üz tutur. Hesab edilir ki, belə mexanizm tətbiq olunarsa, həm sakinlərin narazılığı azala, həm də yenidənqurma prosesləri daha rahat icra oluna bilər. Çünki məsələ təkcə kompensasiya məbləği ilə bağlı deyil. Söhbət insanların illərlə yaşadığı ərazidən, sosial mühitindən və gündəlik həyat imkanlarından uzaq düşməməsindən gedir. MənbəXezerxeber.az Taglardeputat Vüqar BayramovkompensasiyamənzilSöküntü Son xəbərlər Karyera Anar İsrafilov vəzifəsindən ayrıldı 19/06/2026 Digər xəbərlər Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub 19/06/2026 Ölkə xarici Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb 19/06/2026 Nəqliyyat Bu istiqamətdə marşrut fəaliyyətə başlayır 19/06/2026 Digər xəbərlər Karyera Anar İsrafilov vəzifəsindən ayrıldı 19/06/2026 Digər xəbərlər Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub 19/06/2026 Ölkə xarici Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb 19/06/2026 Nəqliyyat Bu istiqamətdə marşrut fəaliyyətə başlayır 19/06/2026