Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib. “Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub. Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar. Onun ailə üzvləri Rusiyaya getsələr də, nəşinin harada plmasına dair xəbər ala bilmirlər. Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.