Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü bildirib ki, Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi avadanlıqları ölkəsindən çıxarmaq üçün bir həftə kifayət etməlidir və Lukaşenkonun bunu etmədiyi təqdirdə Ukraynanın hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Zelenski bildirib ki, Rusiya qüvvələri Ukrayna mülki vətəndaşlarına hücumlar zamanı idarəetməyə kömək etmək üçün Belarusun Ukrayna ilə həmsərhəd iki bölgəsində yerləşən siqnal ötürücü stansiyalardan istifadə edib. Reuters onun iddialarını müstəqil şəkildə təsdiq edə bilməyib. "Onun (Lukaşenkonun) müharibədə olmaq istəmədiyini deməyin mənası nədir? Qoy bu avadanlıqları çıxarsın, qoy söndürsün. Düşünürəm ki, bunu etmək üçün ona bir həftə kifayət edəcək", - Zelenski Kiyev də keçirdiyi mətbuat konfransında deyib. "Əgər o, bunu etməsə, biz edəcəyik", - o, əlavə təfərrüat vermədən bildirib. Zelenski son aylarda dəfələrlə xəbərdarlıq edib ki, Rusiya Minsk i Ukrayna dakı müharibəsinə daha dərindən cəlb etməyi planlaşdırır. Rusiya qüvvələri 2022-ci ilin fevralında Ukraynaya ilk dəfə hücum edəndə hücumları həyata keçirmək üçün Belarus ərazisindən istifadə edib. Keçən ay Lukaşenko Minsk in müharibəyə daha da cəlb olunacağı fikrini rədd etsə də, bildirib ki, Rusiya ilə birlikdə təcavüz halında özünü müdafiə edəcək. Bu həftə Al Arabiya televiziyasına verdiyi müsahibədə o, Ukrayna nın Belarus dan qorxmalı bir şeyi olmadığını və müharibəni bitirmək üçün hər iki tərəfin güzəştə getməli olduğunu söyləyib. Rusiya bu həftə Ukrayna nı Rusiya ərazisindən keçən Belarus uşaqlarını daşıyan avtobusa ölümcül dron hücumu ilə ittiham edib. Kiyev məsuliyyəti rədd edib. Uşaqları müşayiət edən bir qadın həlak olub və altı uşaq daxil olmaqla səkkiz nəfər xəsarət alıb. Belarus Xarici İşlər Nazirliyi Ukrayna dan "tam izahat" tələb etdiyini bildirib. Minsk müharibə zamanı Moskva nın ən sadiq tərəfdarı olaraq qalıb. Rusiya dronları Ukrayna ya hücum edərkən Belarus ərazisindən keçib və Minsk Rusiya Oreshnik orta mənzilli hipersəsli ballistik raket sistemini yerləşdirdiyini bildirib. İki ölkə may ayında nüvə təlimləri də keçirib.