“Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq Nəqliyyat 19/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Metronun “Avtovağzal” stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq. Bənövşəyi xəttin şərti adı “B-05” olan 6-cı stansiyası sərnişinlərə “Nizami” stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, “Xocəsən” və “Avtovağzal”dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir. Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər. Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq. MənbəXezerxeber.az TaglarAvtovağzal metrostansiyasıBakı Metropoliteni QSCBəxtiyar Məmmədov Son xəbərlər Ölkə daxili Azərbaycanda bu vəsiqələrin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 19/06/2026 Ölkə daxili Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir 19/06/2026 İnvestisiya ARDNF: İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard dollar təşkil edir 19/06/2026 Daşınmaz əmlak Kiçikölçülü mənzillərə yüksək məbləğdə kompensasiya verilə bilər 19/06/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda bu vəsiqələrin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 19/06/2026 Ölkə daxili Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir 19/06/2026 İnvestisiya ARDNF: İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard dollar təşkil edir 19/06/2026 Daşınmaz əmlak Kiçikölçülü mənzillərə yüksək məbləğdə kompensasiya verilə bilər 19/06/2026