Hindistanın Himaçal-Pradeş ştatında bir qadın 5 ay ərzində 3 dəfə evlənib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları nikahların rəsmi qeydiyyatdan keçib-keçmədiyini və qadının dələduzluq məqsədi güdüb-güdmədiyini araşdırır. Qeyd edək ki, məsələ ilə bağlı qadının yaxınları danışsalar da, o bu barədə hələlik açıqlama verməyib.