ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, 2026-cı ildə Türkiyəyə gedəcək və Çinə daha bir səfər edəcək. "Biz çoxlu səfərlər edirik. Türkiyəyə gedəcəyik. İl ərzində müəyyən bir vaxtda yenidən Çinə gedəcəyik", - deyə Tramp Merilenddəki Joint Base Andrews hərbi bazasında Qatardan hədiyyə olunan və Air Force One donanmasına qoşulacaq Boeing 747 təyyarəsini təqdim edərkən bildirib. "Prezident Si Cinpin sentyabrda bura gəlir, lakin biz Çində keçiriləcək böyük bir konfrans üçün geri qayıdırıq", - deyə Tramp əlavə edib.