Gəncədə zəhərlənmə faktı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü Gülçin Abdullayeva dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal lazımi tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.