Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, “Nizami” metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.