İspaniya millisinin ulduzu Lamine Yamal bildirib ki, bud nahiyəsindən aldığı zədədən sonra tam 90 dəqiqə oynamaq üçün hələ “çox tezdir”. Bu açıqlama Avropa çempionlarının Səudiyyə Ərəbistanı ilə keçirəcəyi Dünya Kuboku oyunundan əvvəl verilib. Cümə günü 18 yaşlı futbolçu deyib: “Çox erkəndir, lazımsızdır. Bütün oyunu oynamağın vaxtı deyil, lakin məşqçinin istədiyi dəqiqələri oynaya bilərəm”. O, İspaniya ictimai yayımçısı RTVE -yə tam oyun oynamağa hazır olub-olmaması barədə danışıb.