Mağaza təxminən 350 Koreya brendinin məhsullarını, əsasən gözəllik məhsulları , emal olunmuş qidalar, moda əşyaları və sağlamlıq əlavələrini təklif edir. Şirkətdən verilən məlumata görə, satıcılar yalnız məhsullarını qeydiyyatdan keçirməli olacaqlar, çünki logistika, marketinq və digər əməliyyatlar vasitəçi kimi çıxış edən platformalar tərəfindən idarə olunacaq. 11street -in korporativ strategiya üzrə icraçı direktoru Shin Hyun-ho bildirib ki, “Ümid edirik ki, mağaza Koreya və Çin arasında e-ticarətin canlanması üçün katalizator rolunu oynayacaq”. Bu addımlar Çin istehlakçılarının Cənubi Koreyanın sərhədlərarası e-ticarət bazarında mühüm paya sahib olması və Koreya məhsullarının artan populyarlığı fonunda atılır. Cənubi Koreyanın Məlumat və Statistika Nazirliyinin məlumatına görə, ölkənin birbaşa xarici onlayn satışları birinci rübdə 1.06 trilyon vona (700 milyard ABŞ dolları ) çataraq, təxminən dörd il yarım ərzində ilk dəfə 1 trilyon von həddini keçib. Çin ölkələr üzrə ən böyük bazar olub və 376.3 milyard von təşkil edib.