Afrika və Karib ölkələri transatlantik kölə ticarətindən faydalanan ölkələrdən rəsmi üzr istəməyi və təzminat tələb ediblər. Bu tələblər Qanada təzminat ədaləti üçün irəliləyişləri müzakirə edən üç günlük konfransın sonunda səsləndirilib. Bu, mart ayının əvvəlində BMT -nin transatlantik köləliyi "bəşəriyyətə qarşı ən ağır cinayət" kimi tanıyan və BMT üzv dövlətlərini təzminat fonduna töhfə verməyə çağıran əlamətdar qətnaməsindən sonra baş verib. Təxminən 12-15 milyon afrikalı kişi, qadın və uşaq 15-19-cu əsrlərdə qul kimi işləmək üçün Amerikaya aparılıb və satılıb.