WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir Ölkə xarici 20/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə olunmasına imkan verəcək mexanizm üzərində işləyir. Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, ilkin mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollar vəsaitə çıxış əldə edə bilər. Plan çərçivəsində İran Mərkəzi Bankının müraciəti əsasında Doha həmin vəsait hesabına ərzaq məhsulları, dərman preparatları və digər humanitar malların alınmasına icazə verəcək. Nəşr qeyd edir ki, hazırda dünya üzrə təxminən 100 milyard dollar həcmində İran vəsaiti dondurulmuş vəziyyətdədir. Bu vəsaitlərin böyük hissəsi sanksiyalar səbəbindən Hindistan, İraq, Qətər və Çindəki hesablarda qalan neft gəlirlərindən ibarətdir. Qəzet yazır ki, Vaşinqton bu mexanizm vasitəsilə İranın vəsaitləri necə xərclədiyinə nəzarət etməyə ümid edir. Bununla belə, Tehran ABŞ və Qətər tərəfindən hazırlanan planı hələ təsdiqləməyib. MənbəAPA TaglarABŞİranQətər Son xəbərlər Ölkə xarici Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib 20/06/2026 Turizm Yaponiya əcnəbilər üçün viza rüsumunu beş dəfə qaldırır 19/06/2026 Nəqliyyat “Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq 19/06/2026 Ölkə daxili Azərbaycanda bu vəsiqələrin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 19/06/2026 Digər xəbərlər Ölkə xarici Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib 20/06/2026 Turizm Yaponiya əcnəbilər üçün viza rüsumunu beş dəfə qaldırır 19/06/2026 Nəqliyyat “Avtovağzal” metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq 19/06/2026 Ölkə daxili Azərbaycanda bu vəsiqələrin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 19/06/2026