“Milli komandadakı karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “TRT Spor” a Türkiyə millisinin Paraqvaya 1:0 uduzmasından sonra futbolçu Arda Gülər deyib. O Türkiyə xalqından DÇ ilə vidalaşdıqlarına görə üzr istəyib: “Utanırıq. Çox böyük klublarda oynayırıq və bunu meydanda da göstərməliyik. İki oyunda qol vura bilmədik. Milli komanda karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Xalqımızdan üzr istəyirik”. Komandanin kapitanı Hakan Çalhanoğlu isə məğlubiyyətin bəxtsizlikdən olduğunu bildirib: “Söz tapmaq çətindir. Əlimizdən gələnin hamısını etdik, amma alınmadı. Zərbələr vururuq, qol olmur. Top dirəkdən qayıdır. Bu, sadəcə bəxtsizlikdir. Rəqib isə cəmi bir zərbə ilə oyunu qazandı. Xalqımızdan üzr istəyirəm, gənc komandayıq. Qarşıda bizi hələ çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirim ola bilər, amma gəlin gənc oyunçularımıza sahib çıxaq və onları dəstəkləyək”. Qeyd edək ki, Türkiyə yığması ilk turda Avstraliyaya 0:2 hesabı ilə, budəfəki turda isə Paraqvaya 1:0 uduzmaqla dünya çempionatı ilə vidalaşdı.