Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır İnvestisiya 20/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaponiya yeni iqtisadi artım strategiyası çərçivəsində 2040-cı ilədək ümumi dövlət və özəl investisiyaların hədəf göstəricisini təxminən 2,3 trilyon dollar həcmində müəyyən etmək niyyətindədir. Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nəşrin məlumatına görə, 370 trilyon yen həcmində investisiya proqramı süni intellekt, yarımkeçiricilərin istehsalı daxil olmaqla 17 strateji sahəni əhatə edəcək. Strategiyanın artıq gələn həftə hökumət tərəfindən təqdim ediləcəyi gözlənilir. Bildirilib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti özəl sektor tərəfindən investisiyaları stimullaşdırmaq üçün dövlət xərclərindən istifadə etməyi nəzərdə tutur. Bundan əlavə, hökumət ölkənin iqtisadi təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən layihələrin sabit maliyyələşdirilməsini təmin etmək məqsədilə çoxillik büdcə sisteminin yaradılması imkanını nəzərdən keçirir. Xərclərin bir hissəsi xüsusi borc alətlərinin buraxılması hesabına qarşılana bilər. MənbəREPORT TaglarİnvestisiyaYaponiya Son xəbərlər Neft və Qaz Azərbaycan nefti bahalaşıb 20/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib 20/06/2026 Ölkə xarici BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 20/06/2026 Ölkə xarici WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir 20/06/2026 Digər xəbərlər Neft və Qaz Azərbaycan nefti bahalaşıb 20/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib 20/06/2026 Ölkə xarici BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 20/06/2026 Ölkə xarici WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir 20/06/2026