Bu ölkədə iqtisadi böhrana görə fövqəladə vəziyyət elan edildi Ölkə xarici 20/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Boliviya Prezidenti Rodriqo Pas ölkədə ümummilli səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, Boliviya 50 gündən çoxdur, yolların bağlanması səbəbindən böyük böhran yaşayır və bu da ciddi iqtisadi fəsadlara səbəb olub. Rəsmilərin məlumatına görə, gündəlik zərər 50 milyon dolları ötür, ərzaq, yanacaq və dərman qıtlığı isə bir sıra regionlara təsir edib. Etirazlar nəticəsində azı 16 nəfər ölüb. İyunun ortalarında aksiyaların intensivliyi azalsa da, Boliviya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib və orduya əsas magistral yolların blokadadan çıxarılmasını tapşırıb. Etirazlara ilkin səbəb torpaq islahatı haqqında qanun olub. Lakin sonradan aksiya iştirakçılarının tələbləri genişlənərək prezidentin istefası, sərt qənaət tədbirlərinin ləğvi, yanacaq subsidiyalarının bərpası və yüksək inflyasiya ilə mübarizə çağırışlarını da əhatə etməyə başlayıb. Mübahisəli qanunun ləğv edilməsinə baxmayaraq, etirazlar səngiməyib. Mayın sonlarında etirazçılar tərəfindən La-Pasdakı prezident sarayının mühasirəyə alınmasından sonra hökumət öz fəaliyyətini müvəqqəti olaraq ölkənin konstitusiya paytaxtı olan Sukreyə köçürüb. Hazırda hakimiyyət ölkənin ən böyük həmkarlar ittifaqı birliyi olan Boliviya Fəhlə Mərkəzi (COB) ilə danışıqlar aparır. MənbəREPORT TaglarBoliviyafövqəladə vəziyyətiqtisadi böhranRodriqo Pas Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndəriləcək 20/06/2026 İnvestisiya Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır 20/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 20/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib 20/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndəriləcək 20/06/2026 İnvestisiya Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır 20/06/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 20/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib 20/06/2026