Abşeronda yolda oynayan azyaşlını motosiklet vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Fuad Babaşov motosikletlə hərəkətdə olarkən qəfil qarşısına çıxan 4 yaşlı Atilla Bağırovu vurub. Ağır xəsarət alan uşağın həyatını xilas etmək mümkün olmayıb.