Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək. “Qafqazinfo” xəbər verir ki, ümumilikdə Ermənistana çəkisi 490 ton olan 7 vaqon buğda göndəriləcəyi nəzərdə tutulub. Qeyd olunub ki, Rusiyadan Ermənistana sonuncu dəfə iyunun 4-də növbəti partiya buğda, arpa və gübrə daşınıb. Tranzit daşımalardan əlavə, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. Bu günə qədər Azərbaycandan Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac edilib.