Norveç vətəndaşlığını almaq çətinləşdirilir Ölkə xarici 21/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Norveç dövləti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirməyi nəzərdən keçirir. Bu barədə Norveçin Əmək və Sosial İnklüzivlik Nazirliyi xəbər yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, “Vətəndaşlıq haqqında” qanunda bir sıra dəyişikliklər edilə bilər. Buraya vətəndaşlıq almaq istəyənlər üçün yaşayış müddəti tələbinin üç ildən yeddi ilə qədər artırılması, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün Norveç dili biliyi tələblərinin sərtləşdirilməsi daxildir. Bundan başqa Norveçdə anadan olmuş və ya uşaq ikən ölkəyə gəlmiş vətəndaşlığı olmayan şəxslərdən dövlət ərazisində ən azı beş il yaşamaq tələb olunacaq, yerli sakinlə evli olan və ya birlikdə yaşayan ərizəçilər üçün də yaşama müddəti uzadılacaq. Vətəndaşlığı olmayan şəxslər üçün Norveç dilində şifahi bilik tələbinin A2 səviyyəsindən B1 səviyyəsinə (18-67 yaş arası şəxslər üçün) qaldırılacağı müəyyən edilib. Eyni zamanda, vətəndaşlıq almaq prosedurlarının, xüsusən də müxtəlif qruplar üçün yaşayış müddəti tələblərinin sadələşdirilməsi təklif olunur, lakin ümumilikdə qaydaların sadələşdirilməsi də zəruridir. MənbəREPORT TaglarNorveç Son xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Vens İsveçrədəki danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb 21/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Vens İsveçrədəki danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb 21/06/2026