ABŞ və İran uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər Ölkə xarici 21/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziya kanalına müsahibəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik”, – deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər. Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: “Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir”. İshaq Dar əlavə edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını müzakirə edir. Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb. MənbəREPORT TaglarABŞ-İranİshaq Daruran ehtiyatları Son xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026