SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub Neft və Qaz 21/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 19 iyun tarixində “Azneft” İstehsalat Birliyinin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən xəbərə görə, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb. “Azneft” İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib: “Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır. İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir”. MənbəAPA TaglarDübəndi çimərliyineftSOCAR Son xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026