Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq. Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq. 20:00. İspaniya - Səudiyyə Ərəbistanı Komandaların start heyətləri bəlli olub: İspaniya: Unai Simon, Mark Kukurelya, Aymerik Laport, Pau Kubarsi, Markos Lyorente, Rodri, Pedri, Fabian Ruiz, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal. Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Oveys, Həsən Əl-Tambakti, Əli Əl-Amri, Səud Əbdülhəmid, Mətin Əl-Hərbi, Məhəmməd Kanno, Musab Əl-Xaybari, Musab Əl-Cüvayr, Salem Əl-Davsari, Firas Əl-Şamat, Firas Əl-Bureykan Lamin Yamal 11-ci dəqiqədə İspaniyanı önə çıxarır. 21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir. Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir. Mark Kukurelyanın zərbəsindən sonra top Hassan Altambaktiyə dəyərək, qapıya daxil olur. 4:0. 90+2-ci dəqiqdə Ferran Torres fərqlənməyə çalışsa da, ofsayd səbəbindən qol qeydə alınmır. Matç İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da ispanlar 4 xalla H qrupunun lideridirlər. “Qırmızılar” iyunun 27-də Uruqvayla qarşılaşacaqlar. Həmin gün Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə münasibətlərinə aydınlıq gətirəcək.