KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir – Yenilənib Ölkə xarici 21/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 22:56 – İran nümayəndə heyəti İsveçrədə ABŞ-la keçirilən məsləhətləşmələrin məkanını tərk etməyib və danışıqlarda iştirakını davam etdirir. Bu barədə ABŞ-ın “Axios” portalının jurnalisti Barak Ravid “X” hesabında diplomatik mənbəyə istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İsveçrədəki danışıqlarda iştirak edən diplomatın sözlərinə görə, İran nümayəndə heyəti oranı tərk etməyib və ABŞ-İran danışıqları hələ də davam edir”, – deyə jurnalist bildirib. Qeyd edək ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq İran nümayəndə heyətinin danışıqlar məkanını tərk etdiyini və məsləhətləşmələrin dayandırıldığını yazmışdı. 21:31 – İranın danışıqlar aparan nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz əlaməti olaraq danışıqların keçirildiyi məkanı tərk edib. “Tasnim” agentliyinin İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, nümayəndə heyəti Trampın son bəyanatlarından sonra bu qərarı qəbul edib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə “X” hesabında paylaşımı ilə diqqət çəkib. Spiker ABŞ-ın təhdidlərini əhəmiyyətsiz saydıqlarını bildirib. “Onlar özlərindən soruşmurlarmı ki, əgər təhdidlərinin nəticəsi olsaydı, bu gün düşdükləri çıxılmaz vəziyyətə gəlib çatardılarmı? Biz amerikalıların təhdidlərini ciddi hesab etmirik”, – deyə o yazıb. Qalibaf əlavə edib ki, ABŞ rəsmiləri səsləndirdikləri bəyanatlara diqqət etməlidirlər. “Yaxşı olar ki, açıqlamalarına nəzarət etsinlər. Silahlı qüvvələrimiz onlara başqa cür cavab verməyə hazırdır. Nə qədər danışsalar da, biz öz yolumuzla hərəkət edəcəyik”, – deyə İran parlamentinin sədri vurğulayıb. MənbəAPA Son xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026 Ölkə xarici Vens İsveçrədəki danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb 21/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu yerlərdə qiymətlər 15% qalxacaq 21/06/2026 Ölkə xarici İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb 21/06/2026 Ölkə xarici Norveç vətəndaşlığını almaq çətinləşdirilir 21/06/2026 Ölkə xarici Vens İsveçrədəki danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb 21/06/2026