Dünyanın ən bahalı 10 telefonu — Fotolar Texnologiya xəbərləri 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Biz adətən dünyanın ən bahalı telefonlarının bir neçə min dollar dəyərində olmasına öyrəşmişik. Flaqman modellər və ən son texnologiyalar onların qiymətinə təsir göstərir. Lakin milyonlarla dollar dəyərində olan əsl premium telefonlar artıq ultra-varlılar üçün kolleksiya əşyalarına çevrilib. Burada əsas məsələ texnologiyalar deyil. Falcon, Stuart Hughes, Vertu və Caviar kimi brendlərin nadir əl işləri ilk növbədə bahalı materiallara, brilyantlara, platinə, alliqator dərisinə, həmçinin eksklüzivliyə və yüksək ustalıq səviyyəsinə görə qiymətləndirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 10. Goldvish Le Million — 1 milyon dollar 2006-cı ildə İsveçrənin Goldvish şirkəti tərəfindən təqdim olunan bu telefon öz dövründə dünyanın ən bahalı telefonu kimi Ginnesin Rekordlar Kitabına düşüb. Telefonun korpusu 18 karatlıq ağ qızıldan hazırlanıb və 120 karatlıq brilyantlarla bəzədilib. 9. Diamond Crypto — 1,3 milyon dollar Ancort şirkətinin hazırladığı bu telefon platin, qara ağac və 50 brilyantla işlənib. Onun əsas xüsusiyyəti kriptovalyuta aktivlərini qorumaq üçün şifrələmə funksiyalarına malik olmasıdır. 8. iPhone 3G King’s Button — 2,5 milyon dollar Dizayner Piter Aloisson tərəfindən hazırlanmış bu model 18 karatlıq qızıl və 138 brilyantla bəzədilib. Ən diqqətçəkən detal isə 6,6 karatlıq brilyantla işlənmiş əsas düymədir. 7. Goldstriker iPhone 3GS Supreme — 3,2 milyon dollar Platin korpus, 130 brilyant və 7,1 karatlıq iri brilyantla bəzədilmiş əsas düymə bu modeli dövrünün ən dəbdəbəli iPhone-larından birinə çevirib. 6. iPhone 4 Diamond Rose — 8 milyon dollar Britaniyalı zərgər Stüart Hyuz tərəfindən yaradılan model yalnız iki nüsxədə istehsal olunub. Smartfon çəhrayı qızılla örtülüb və 500 brilyantla bəzədilib. 5. iPhone 4S Elite Gold — 9,4 milyon dollar Tam qızıldan hazırlanmış korpus və 100 karatdan çox çəkisi olan yüzlərlə brilyant bu modeli dünyanın ən eksklüziv smartfonlarından birinə çevirib. Cəmi iki nüsxəsi mövcuddur. 4. iPhone 5 Black Diamond — 15,3 milyon dollar Naməlum çinli milyarder üçün sifarişlə hazırlanmış bu smartfonun əsas elementi 26 karatlıq qara brilyantdır. Korpusu qızıldan, ön paneli isə 600 ağ brilyantdan ibarətdir. 3. Falcon Supernova iPhone 6 Blue Diamond — 32,5 milyon dollar Falcon şirkətinin Supernova kolleksiyasına daxil olan bu model nadir mavi brilyantla təchiz edilib. Məhz bu daş onun astronomik qiymətini müəyyənləşdirib. 2. Falcon Supernova iPhone 6 Orange Diamond — 42,5 milyon dollar Bu versiya son dərəcə nadir narıncı brilyantla fərqlənir. Korpus müştərinin seçiminə uyğun olaraq 24 karatlıq qızıldan və ya platindən hazırlanır. 1. Falcon Supernova iPhone 6 Pink Diamond — 48,5 milyon dollar 2014-cü ildən bəri dünyanın ən bahalı smartfonu hesab olunur. Cəmi iki nüsxədə istehsal edilib. Arxa hissəsində Qərbi Avstraliyadakı artıq bağlanmış Arqayl yatağından çıxarılan 18,5 karatlıq nadir çəhrayı brilyant yerləşir. Məhz bu daş smartfonun rekord qiymətinin əsas səbəbidir. Məlumatlara görə, telefonlardan biri hindistanlı milyarder Nita Ambani tərəfindən alınıb, digərinin isə Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərindən birinə məxsus olduğu bildirilir. Son xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026 Digər xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026