PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı Bank xəbərləri 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla yekunlaşdı. Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457 müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt sahəsində nəzəri və praktiki biliklər əldə edib. Təlim müddətində iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı qazanıblar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib. Bank üçün insan kapitalının inkişafı və gənclərin potensialının dəstəklənməsi sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir. “AI for Good” layihəsi də məhz bu yanaşmanın davamıdır. PAŞA Bank gələcəkdə də təhsil, inkişaf və innovasiyanı təşviq edən layihələrə dəstəyini davam etdirəcək. TaglarPAŞA Bank Son xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026 Digər xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026