Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub Ölkə daxili 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub. Banker.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib. Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub. Dövlət başçıları rəsmi foto çəkdiriblər. Son xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026 Digər xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Telekommunikasiya “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb 22/06/2026