“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb Telekommunikasiya 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək. “AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb. Razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib. “AzerTelecom” haqqında “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir. “AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir. İctimaiyyətlə əlaqələr şöbəsi: [email protected] MənbəREPORT Son xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026 Digər xəbərlər Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Bank xəbərləri PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı 22/06/2026 Ölkə daxili Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 22/06/2026