Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar Ölkə daxili 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Banker.az xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir. Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Son xəbərlər İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026 Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026 Digər xəbərlər İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026 Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Texnologiya xəbərləri Dünyanın ən bahalı 10 telefonu — Fotolar 22/06/2026