Yumurta niyə ucuzlaşıb? – Assosiasiyadan “süni yumurta” iddialarına cavab Ölkə daxili 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı bir sıra KİV-lərdə, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılmaqdadır. Bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bununla bağlı bəyan edir ki, ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər: “Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət ucuzlaşmasını müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzr nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV-lər, saytlar da onu yayımlayır”. M.Həsənli bir daha vurğulayır ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur. İctimaiyyətlə əlaqələr və analitika departamenti Son xəbərlər İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə daxili Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026 Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026 Digər xəbərlər İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə daxili Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026 Ölkə xarici Cənubi Koreya prezidentinin reytinqi ilk dəfə 50%-dən aşağı düşüb 22/06/2026