Qəbələnin Uludaş kəndində məktəb binası tamamilə yanıb. “Qafqazinfo” nun məlumatına görə hadisə ötən gün axşam saatlarında Qafur Şərifov adına tam orta məktəbdə baş verib. Yanğın yerinə FHN-nin Qəbələ rayon YNH-nin texnikaları cəlb olunub. Məktəb binası tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, iyunun 21-də gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib: “Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.