SOCAR və “Tekfen”nin ortaq biznesi zərərdən mənfəətə keçib Yerli biznes xəbərləri 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram SOCAR və Türkiyənin “Tekfen” şirkətinin birgə biznesi “Azfen” MMC 2025-ci ili 215.8 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 25.91 mln. manat xalis zərər açıqlamışdı. Beləliklə, şirkət bir il ərzində zərərdən mənfəətə keçib. Banker.az xəbər verir ki, mənfəət dinamikasına əsas təsir əməliyyat gəlirlərinin artması və digər gəlirlərin yüksəlməsi ilə bağlı olub. Şirkətin digər gəlirləri 5.08 mln. manata çataraq illik müqayisədə 546.1% artıb, maliyyə gəlirləri isə 1.06 mln. manata yüksələrək 634.6% artım göstərib. Valyuta məzənnəsi fərqlərindən 363.9 min manat həcmində gəlir əldə olunub, halbuki 2024-cü ildə bu istiqamətdə 193.7 min manat zərər yaranmışdı. Bölüşdürülməmiş mənfəət ilin sonunda 225.55 mln. manat təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Azfen”nin müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirləri 113.1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 50.2% çoxdur. Müqavilə xərcləri isə 112.79 mln. manata yüksələrək 14.1% artıb. Nəticədə, 2024-cü ildə 23.66 mln. manat olan ümumi zərər 2025-ci ildə 309.7 min manat ümumi mənfəətlə əvəzlənib. İnzibati xərclər 8.71 mln. manata çataraq 41.3% artıb. Şirkətin gəlirlərinin əsas hissəsi neft-qaz sənayesi üzrə tikinti, mühəndislik və əlaqəli xidmətlərdən formalaşıb. Hesabatda qeyd olunur ki, əsas layihələr sırasında Gürcüstanda boru kəməri infrastrukturu üzrə “AZF-098” və Heydər Əliyev adına Neft Emalı Zavodu üzrə “AZF-103” layihələri yer alıb. 2025-ci ilin sonuna “Azfen” MMC-nin öhdəlikləri 43.95 mln. manata çatıb ki, bu da illik müqayisədə 102.3% artım deməkdir. Artım əsasən müqavilə öhdəliklərinin 3.33 mln. manatdan 16.80 mln. manata yüksəlməsi (404.3% artım), ticarət kreditor borclarının isə 118.5% artaraq 11.99 mln. manata çatması ilə əlaqədardır. Digər kreditor borcları da 21.2% artaraq 15.15 mln. manat olub. Şirkətin cəmi aktivləri 269.78 mln. manata yüksələrək 9.1% artıb. Cəmi kapital isə 225.83 mln. manat təşkil edib və illik müqayisədə faktiki olaraq dəyişməyib. Xatırladaq ki, “Azfen” MMC 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Tekfen İnşaat ve Tesisat A.Ş.” tərəfindən birgə müəssisə kimi yaradılıb. Səhmdarlıq strukturu üzrə pay bölgüsü müvafiq olaraq 60% və 40% təşkil edir. 2025-ci ildə orta hesabla 1 417 nəfər işçisi olub. 2024-cü ildə bu göstərici 1 211 nəfər idi ki, bu da illik müqayisədə 17.0% artım deməkdir. Son xəbərlər Ölkə daxili Yumurta niyə ucuzlaşıb? – Assosiasiyadan “süni yumurta” iddialarına cavab 22/06/2026 İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə daxili Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026 Digər xəbərlər Ölkə daxili Yumurta niyə ucuzlaşıb? – Assosiasiyadan “süni yumurta” iddialarına cavab 22/06/2026 İnvestisiya İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 22/06/2026 Ölkə daxili Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar 22/06/2026 Ölkə xarici İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib 22/06/2026