Bakıda binanın zirzəmisindən meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 29 ünvanındakı binada baş verib. İyunun 20-si saat 07 radələrində binanın zirzəmisində çürüməyə məruz qalmış 55-60 yaşlı kişi meyiti tapılıb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.