Dövlət qulluğunda yaşlı əməkdaşların payı azalır Menecement (təyinatlar)Ümumi iqtisadi xəbərlər 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda dövlət qulluğunda çalışan 55 yaş və yuxarı şəxslərin payı son bir ildə azalıb. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-nə dövlət qulluqçularının 20,1 faizini 55 yaş və daha yuxarı şəxslər təşkil etdiyi halda, 2026-cı il yanvarın 1-nə bu göstərici 18,8 faizə enib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni dövrdə 25 yaşadək dövlət qulluqçularının payı 2,8 faizdən 3,0 faizə yüksəlib. Həmçinin 35-54 yaş qruplarında çalışanların xüsusi çəkisində də artım qeydə alınıb. 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur ki, onların da 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Yaş qrupları üzrə dəyişiklik, 1 yanvar Yaş qrupu 2025 (%) 2026 (%) Dəyişiklik 25 yaşadək 2,8 3,0 25-29 12,5 11,6 30-34 18,2 18,0 35-39 16,1 16,7 40-44 12,8 13,3 45-49 9,9 10,5 50-54 7,6 8,1 55-59 8,4 7,5 60-64 9,7 9,2 65+ 2,0 2,1 Son xəbərlər İnvestisiya “SK Hynix” 25 ildən sonra ilk dəfə bazar kapitallaşmasına görə “Samsung”u geridə qoyub 22/06/2026 Ümumi iqtisadi xəbərlər Rəsmi: Dövlət qulluqçularının aylıq əmək haqqı 2 059 manata çatıb 22/06/2026 İnvestisiya Daha yaxşı investor olmaq üçün nə etmək lazımdır: səhm tövsiyələrindən daha vacib olan 7 vərdiş 22/06/2026 Xarici biznes xəbərləri Coca-Cola ABŞ vergi xidməti ilə mübahisədə 20 milyard dollar itirə bilər — nə baş verib? 22/06/2026 Digər xəbərlər İnvestisiya “SK Hynix” 25 ildən sonra ilk dəfə bazar kapitallaşmasına görə “Samsung”u geridə qoyub 22/06/2026 Ümumi iqtisadi xəbərlər Rəsmi: Dövlət qulluqçularının aylıq əmək haqqı 2 059 manata çatıb 22/06/2026 İnvestisiya Daha yaxşı investor olmaq üçün nə etmək lazımdır: səhm tövsiyələrindən daha vacib olan 7 vərdiş 22/06/2026 Xarici biznes xəbərləri Coca-Cola ABŞ vergi xidməti ilə mübahisədə 20 milyard dollar itirə bilər — nə baş verib? 22/06/2026