Binance , əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır . Platforma, kriptovalyutalar arasında alqı-satqılarda yayğın olaraq istifadə olunur. Binance , 2017-ci ilin iyul ayında , 200 milyon Binance Coin (BNB) emissiyası ilə təxminən 15 milyon dollar toplayaraq fəaliyyətə başladı və birja qısa müddətdə sürətli bir böyümə əldə etdi. Bu böyümədə, o dövr Çindəki kriptovalyuta birjalarına gətirilən qadağaların təsiri böyük idi. Birja, “ CZ ” olaraq da bilinən və bu gün 43 yaşında olan, kompüter elmləri məzunu və ticarət sistemləri inkişaf etdirmədə təcrübəli Changpeng Zhao tərəfindən quruldu. Bu gün Binance , gündəlik 56 milyard dollarlıq bir əməliyyat həcmi əldə edir. Bu həcm məlumatı, bazarın hərəkətli olduğu dövrlərdə 100 milyard dolların üzərinə çıxır. Şirkətin 2000-dən çox işçisi var. Binance artıq sadəcə bir kriptovalyuta birjası deyil. Öz blokçeyni olan, fondu bulunan bir təşkilatdır. Sektorda sürətlə irəliləməsini davam etdirən Binance , 2020-ci ildə CoinMarketCap-i 400 milyon dollara satın alaraq öz tərkibinə qatdı. Şirkət, Sinqapur və Hindistan kimi dünyanın fərqli yerlərində də yerli birjaları satın aldı. 17 iyul 2021-ci il etibarı ilə Binance-in kriptovalyutası Binance Coin (BNB) , 46 milyard dollarlıq bazar dəyərinə sahib ən böyük dördüncü kripto varlıqdır . BNB-nin mövcud qiyməti 300 dollar və bütün zamanların ən yüksək səviyyəsi də 692 dollar olaraq qeydə alındı. Son dəqiqə Binance xəbərləri üçün: