“Getty Images”in səhmləri “OpenAI” ilə müqavilədən sonra 170%-ə yaxın bahalaşıb İnvestisiya 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Getty Images” şirkətinin səhmləri 22 iyun 2026-cı ildə premarket ticarətində bir ara 200%-dən çox bahalaşıb. Bakı vaxtı ilə saat 14:26-ya olan məlumata görə, artım tempi 166%-ə qədər zəifləyib və bir səhm 1,05 dollar səviyyəsində ticarət olunub. Bloomberg”in məlumatına görə, səhmlərin kəskin bahalaşmasına səbəb “Getty Images” ilə “OpenAI” arasında bağlanan lisenziya sazişi olub. Razılaşmaya əsasən, “Getty Images”in foto kitabxanasındakı şəkillər “ChatGPT”nin cavablarında göstəriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. Həmçinin “Getty Images”in şəkillərinin “OpenAI” modellərinin təlimində istifadə olunub-olunmayacağı məlum deyil. “Bloomberg” qeyd edir ki, 2026-cı ilin əvvəlindən “Getty Images”in səhmləri 55% ucuzlaşmışdı. İnvestorlar süni intellekt texnologiyalarının realistik təsvirlər yaratmaq imkanlarının fotobankların biznesinin bir hissəsini əvəz edə biləcəyindən ehtiyat edirdilər. Xatırladaq ki, “Getty Images” 2022-ci ilin sentyabrında istifadəçilərə neyroşəbəkələr tərəfindən yaradılmış şəkilləri platformaya yükləməyi və satmağı qadağan etmişdi. Şirkət bu addımı müəllif hüquqlarının pozulması ilə bağlı mümkün hüquqi risklərdən özünü və müştərilərini qorumaq məqsədilə atmışdı. Son xəbərlər Bank xəbərləri UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq! 22/06/2026 Neft və Qaz SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq 22/06/2026 Ölkə xarici Vens: ABŞ və İran arasında texniki danışıqlar yaxın günlərdə bərpa olunacaq 22/06/2026 Menecement (təyinatlar) Dövlət qulluğunda yaşlı əməkdaşların payı azalır 22/06/2026 Digər xəbərlər Bank xəbərləri UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq! 22/06/2026 Neft və Qaz SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq 22/06/2026 Ölkə xarici Vens: ABŞ və İran arasında texniki danışıqlar yaxın günlərdə bərpa olunacaq 22/06/2026 Menecement (təyinatlar) Dövlət qulluğunda yaşlı əməkdaşların payı azalır 22/06/2026