“Strategy” daha 35 milyon dollarlıq bitkoin alıb və valyuta ehtiyatını 1,4 milyard dollara yüksəldib Kripto valyutalar 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Strategy” şirkəti 15–21 iyun tarixləri arasında 520 bitkoin alaraq kriptovalyuta portfelini daha da genişləndirib. Alışın ümumi dəyəri 34,9 milyon dollar, orta alış qiyməti isə bir bitkoin üçün 67 068 dollar təşkil edib. İyunun 21-nə olan məlumata görə, şirkətin balansında 847 363 BTC mövcuddur ki, bu da ümumi bitkoin emissiyasının təxminən 4%-nə bərabərdir. “Strategy” 2020-ci ildən bəri bu aktivlərin alınmasına ümumilikdə 64,1 milyard dollar xərcləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin portfelindəki bitkoinlərin orta alış qiyməti hazırda 75 651 dollar təşkil edir. Bununla yanaşı, “Strategy” dollar ehtiyatını da artırıb. Şirkətin nağd vəsait ehtiyatı bir həftə ərzində 1,1 milyard dollardan 1,4 milyard dollara yüksəlib. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabatlara əsasən, son bitkoin alışları və ehtiyata əlavə edilən 300 milyon dollar tamamilə MSTR adi səhmlərinin emissiyası hesabına maliyyələşdirilib. Eyni zamanda, STRC imtiyazlı səhmləri hələ də nominal dəyərdən aşağı qiymətə ticarət olunduğu üçün şirkət bu alət vasitəsilə yeni vəsait cəlb edə bilmir. Sənədlərdə yeni bitkoin satışları ilə bağlı hər hansı məlumat yer almayıb. Son xəbərlər Bank xəbərləri Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir 22/06/2026 Ölkə daxili AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb 22/06/2026 Bank xəbərləri UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq! 22/06/2026 Neft və Qaz SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq 22/06/2026 Digər xəbərlər Bank xəbərləri Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir 22/06/2026 Ölkə daxili AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb 22/06/2026 Bank xəbərləri UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq! 22/06/2026 Neft və Qaz SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq 22/06/2026