“Kəpəz BOKT” illik 15% dərəcə ilə borc cəlb edir Kapital bazarıQeyri-bank kredit təşkilatları 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın mikromaliyyə sektorunda fəaliyyət göstərən “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC (BOKT) 2 milyon manat məbləğində istiqraz buraxılışını planlaşdırır. Banker.az xəbər verir ki, təşkilat hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazın emissiyasını nəzərdə tutur. İstiqrazlar üzrə illik kupon gəliri 15% müəyyən edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Emissiya prospektinə əsasən, istiqrazların tədavül müddəti 24 ay olacaq. Faiz ödənişləri investorlara aylıq qaydada həyata keçiriləcək, istiqrazların nominal dəyəri isə müddətin sonunda geri qaytarılacaq. BOKT-nin audit olunmuş maliyyə hesabatlarına görə, cəmi aktivləri 2023-cü ildəki 9,77 milyon manatdan 2025-ci ilin sonuna 14,78 milyon manata yüksəlib. Eyni dövrdə cəmi kapitalı 3,45 milyon manatdan 7,43 milyon manata çatıb. 2025-ci ilin yekunlarına əsasən, təşkilatın xalis faiz gəlirləri 4,13 milyon manat, xalis məcmu gəliri isə 2,12 milyon manat təşkil edib. Həmçinin nizamnamə kapitalı 5 milyon manata çatdırılıb. Prospektdə yer alan məlumatlara görə, təşkilatın kredit portfelinin əsas hissəsi milli valyutada formalaşıb və kreditlərin böyük hissəsi təminatlıdır. Son üç ildə kredit portfelinin orta illik artım tempi 20,27% olub. Cəlb olunacaq vəsaitlərin maliyyə resurslarının artırılmasına, filial şəbəkəsinin genişləndirilməsinə və kreditləşmə fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Son xəbərlər Digər xəbərlər Aniinhisar qurumu “Bazarstore” barəsində yenidən protokol tərtib edib 22/06/2026 Menecement (təyinatlar) “Karabakh Group”a yeni baş direktor təyin olundu 22/06/2026 Təhsil Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq 22/06/2026 Ölkə xarici FED-in sabiq rəhbəri Alan Qrinspan vəfat edib 22/06/2026 Digər xəbərlər Digər xəbərlər Aniinhisar qurumu “Bazarstore” barəsində yenidən protokol tərtib edib 22/06/2026 Menecement (təyinatlar) “Karabakh Group”a yeni baş direktor təyin olundu 22/06/2026 Təhsil Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq 22/06/2026 Ölkə xarici FED-in sabiq rəhbəri Alan Qrinspan vəfat edib 22/06/2026